Interposta.Info

Tərtər icra başçısı Müstəqim Məmmədov bu gücü kimdən alır? - VİDEOLAR

Müxtəlif / Manşet
 15-03-2021, 15:07     2 217

Özün Tərtərin "kral"ı hiss edən, Tərtərdə yaşayanlara mənəvi tər tökdürən başçı!..

Məhbuatdan hərkəsə bəllidirki Müstəqim Məmmədov o şəxsdir ki, şəhid ailəsin ondan üzür istiməyə məcbur edib. Xatırladaq ki, bun biz demirik şəhid ailəsi deyir.


Tərtər rayonunda müvəqəti məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün Həsənova Mehbarə Sabir qızı Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun fəyalyətsizliyindən, şəhid ailəsinə yanaşmasından narazılığını bildirən, bəs edən video müraciət etdiyinə görə başçı ona təzid göstərməyə başlamışdır.

İnterPosta.info-nun xəbərinə görə, Tərtər rayon icra başçısı Müstəqim Məmmədov tərəfindən təhqir olunduğunu dəfələrlə söyləyən və icra başçısı və ətrafı onu sıxışdırdığını deyən xanım bildirir ki, özünü intihar edəcək.

Sözü gedən şəhid ailəsinin video çıxışın təqdim edirik:



Tərtər rayon Yuxarı Qaradağlı kənd sakini Aslanov Şamil Rafiq oğlu da rayondakı məmur özbaşınalığından ölkə başçısına şikayət edib. O bildirir ki, rayonda müraciət etmədiyi dövlət qurumu qalmayıb.

Erməni işğalına məruz qalmış rayonların işğaldan azad olunması müdətində, 44 günlük müharibədə ermənilər tərəfindən atılan mərmi nəticəsində 5 otaqlı mənzili tamamilə yararsız vəziyətə düşüb.

Tərtər rayon icra hakimiyyətinin tabeliyində olan kənd icra numayəndəsinə və rayon yerli Fövqəlada Hallar Nazirliyinin numayəndəliyinə müraciət etdiyinə görə, onun mənzilinin bərpası üçün 70 kubik ayrılıb.

Şikayətçi vətəndaş bildirir ki, ayrılan tikinti materalları onun evinin qurulmasına çatdırmır.

Şikayətçi Aslanov Şamilin müraciəti ilə tanış ola bilərsiniz:



Tərtər şəhəri Hüseyinzadə küçəsində yaşayan Laçın rayonundan məcburi köçkün ailəsi də eyni aqibəti yaşayır.

Erməni təcavüzkarlarının atdığı mərmi nəticəsində digər vətəndaşın da, mənzili tamamilə yararsız vəziyətə düşüb.

Tərtər şəhərində yaşayan Laçın rayonundan məcburi köçkün ailəsi də iddiya edir ki, Tərtər rayon icra hakimiyyəti onlara heçbir kömək etməyib.



Ali Baş Komandan İlham Əliyev ətraf şəhər və kəndlərdə dağlımış mənzillərin yenidən qurulması üçün yetərincə vəsayit ayırıb!

Görəsən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov prezidentin müvafiq sərəncamı ilə ayrılmış vəsayiti (pulları) hara xərcləyib?

Müstəqim Məmmədov bilməlidir ki, bu kimi əməlləri ilə vətəndaşı dövlətdən narazı salır. Elə bu səbəbdən də Tərtər rayon Yuxarı Qaradağlı kənd sakini Aslanov Şamil Rafiq oğlu dövlət onun problemini həll etmir kimi qəbullanaraq öz övladının çiynindən tutaraq əsəbi şəkildə deyir; evimi nə ilə tikim, bu körpəni necə saxlayım!

Məmmədovun məqsəd nədir ki, hakim partiya olan YAP-dan vətəndaşları narazı salır?

Gələcək üçün müxalifət ördusu yaradır?


Qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.info









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26