Interposta.Info

DİN-dən Mehman Hüseynovla bağlı AÇIQLAMA

Müxtəlif / Manşet
 15-03-2021, 11:02     682

Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanması səbəbini açıqlayıb.

"İnterPosta" qafqazinfo-ya istinadən xəbər verir ki, M.Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb:

"Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.

Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur".

Qeyd edək ki, daha sonra M.Hüseynov sərbəst buraxılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26