Interposta.Info

Alman fizik koronavirusun mümkün yaranma versiyası haqda

Müxtəlif
 27-02-2021, 20:06     431

Alman fizik Rolan Vizendanger koronavirus infeksiyasının mümkün yaranma versiyası haqda danışıb.

Alim deyib ki, "şəxsi araşdırmalar" aparıb və belə nəticəyə gəlib ki, COVID-19 laboratoriyada yaradılıb.

Onun sözlərinə görə, 2020-ci ilin yanvarından dekabrınadək elmi materialları və KİV-dəki məqalələri araşdırıb. Həmçinin bu faktları həmkarları ilə də müzakirə edib.

"Mən 99.9% əminəm ki, koronavirus laboratoriyada peyda olub", - Vizendanger vurğulayıb.

Ancaq Hamburq Universitetindən fizikin işini şərh edərkən bildiriblər ki, hipotez üçün sanballı arqumentlər olmasına rəğmən, bu işi elmi adlandırmaq düzgün deyil

2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində pnevmoniya yayılması barədə məlumat verib. Xəstəliyin törədicisinin yeni tip koronavirus olduğu təsbit edilib və ona COVID-19 adı verilib. 2020-ci il martın 11-də ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

Qeyd edək ki, koronavirusun laboratoriyada yaranması barədə başqaları da, xüsusilə ABŞ-ın sabiq prezidenti Donald Tramp və köməkçiləri, eləcə də sabiq dövlət katibi Mayk Pompeo da vurğulamışdılar.//sputnik.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26