Interposta.Info

Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu

Müxtəlif
 16-02-2021, 10:57     588


Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevə koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub.

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazir vaksinasiyadan sonra özünü yaxşı hiss edir, səhhəti normaldır.

O.Şirəliyev Bakı Sağlamlıq Mərkəzində vaksinasiya edilib.

Qeyd edək ki, Oqtay Şirəliyev vaksinasiya olunan ilk şəxslərdən biridir. Ona peyvəndin ilk dozası yanvarın 18-də vurulmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26