Interposta.Info

Xankəndindən Şuşaya hücumun qarşısı necə alındı? - AÇIQLAMA

Müxtəlif
 9-02-2021, 12:18     609

"Şuşa şəhəri düşməndən azad ediləndən sonra ermənilər 49-cu tank, 8-ci motoatıcı briqada, 6 və 7-ci alaylardan ehtiyatlarını cəlb etməklə Xankəndi istiqamətindən əks həmlə etməyə cəhd etmişdi”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, raket artilleriya qoşunları bölmələri düşməni Xankəndindən Şuşa istiqamətində "zapravka” deyilən ərazidə darmadağın etdi və onların əsas hissəsini məhv etdi: ”Bununla da düşmənin əks həmlə əzmi qırılıb. Düşmənin əks həmləsi boşa çıxdı”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26