Interposta.Info

ÜST “CoronaVac” vaksini ilə bağlı qərar verəcək

Müxtəlif
 9-02-2021, 11:24     279

"Hazırda Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti Çindədir. ÜST tərəfindən təcili istifadə siyahısına daxil edilməzdən öncə "CoronaVac” və "Sinopharm” peyvəndlərinin beynəlxalq keyfiyyətə dair istehsal təcrübələrinə uyğunluğu qiymətləndirilir”.

"İnterPosta" xəbər verir ki, bu barədə Oxu.Az-a ÜST-ün Azərbaycandakı nümayəndəliyi məlumat verib.

"CoronaVac” təcili istifadə siyahısı üçün ən qısa müddətdə qiymətləndiriləcək. Qiymətləndirmə aparılandan sonra bu peyvənd haqqında daha çox şərh verə biləcəyik. Bundan əlavə, "CoronaVac” ilə eyni texnoloji inkişaf metodologiyasından istifadə edilərək istehsal olunan və uzun müddətdir istifadə edilən peyvəndlərin olduğunu qeyd etmək lazımdır”, - deyə nümayəndəlik əlavə edib.

Qeyd edilib ki, ÜST 31 dekabr tarixində "Pfizer/BioNTech” peyvəndini təcili istifadə üçün təsdiq edbi, 5 yanvar tarixində SAGE (ÜST-ün İmmunlaşdırma üzrə Mütəxəssislərdən ibarət Strateji Məsləhət Qrupu) peyvəndlə bağlı məlumatları nəzərdən keçirib və ondan ən yaxşı şəkildə necə istifadə edilməsinə dair tövsiyələrini hazırlayıb:

"Hazırda iki peyvəndin sənədləri nəzərdən keçiririlir. Bunlar - "Moderna” və "AstraZeneca” peyvəndləridir. ÜST-ün prekvalifikasiya xidməti keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürdür. Buna baxmayaraq, ölkələrdə yerli qurumların bu qiymətləndirmələri aparmaq və qərar qəbul etmək səlahiyyəti və yurisdiksiyası vardır.

Hazırda ictimaiyyətə təqdim olunan yeddi məhsuldan üçünün nəzərdən keçirilmiş effektivlik nəticəsi var ("Astrazeneca-Lancet”, "Pfizer-NEJM” və "Moderna-NEJM”). Digərləri nəzərdən keçirilir və ÜST prekvalifikasiya komandası ilə müzakirələr aparır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26