Interposta.Info

Nazirdən məktəblərlı bağlı yeni açıqlamalar

Müxtəlif
 30-01-2021, 17:09     523


"Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeronda özəl və dövlət məktəblərində tədris həftədə 3 dəfə olacaq. Çünkü adətən bu bölgələrdə yoluxmaların sayı daha çox olur”.

"İnterPosta" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bölgələrdə isə 1,5 metrlik məsafəni qorumaqla bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsil ənənəvi 5 gün formatına qaytarılacaq.

Onun bildirib ki, növbəti həftə 5-9-cu siniflərin məktəbə qayıtması ilə bağlı açıqlamalar olacaq: "Ümid edirəm ki, növbəti həftələrdə 5-9-cu siniflərin məktəbə qayıtması baş verəcək. Bununla bağlı Operativ Qərargahla birgə müzakirələrimiz olacaq və qərar veriləcək”

"Yoluxma dinamikasından asılı olaraq biz çalışacağıq ki, qısa zaman ərzində fevralın 15-nə qədər məktəblərdə ənənəvi təhsilə qismən də olsa qayıdaq. Əsasən, düşünürük və görürük ki, valideynlər məktəblərin açılmasına daha çox müsbət reaksiya verirlər. Təbii ki, dərslərdə şagirdin əyani iştirak edib-etməməsi valideynlərin səlahiyyətindədir” deyə nazir bildirib.

E. Əmrullayev ümid edir ki, bağçalar fevralın 15-dək açılacaq: "Biz də bunu istəyirik. Amma sadəcə olaraq bu, istək məsələsi deyil".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26