Interposta.Info

Ana dilimizə qəsd: Dilçilik institutunun "Qaynar xətt”i ləğv edildi və...

Müxtəlif / Manşet
 27-01-2021, 18:10     902

"AMEA-nın Dilçilik institutundakı "Qaynar xətt”in fəaliyyəti dayandırılıb, sistem ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib".

"İnterPosta" xəbərinə görə bu barədə professor Qulu Məhərrəmli məlumat verib.

O qeyd edib ki, bu xətt Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı "Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) uyğun olaraq çox böyük əziyyətlə yaradılmışdı:

"İşlər mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi ilə aparılmışdı. İndi başqa akademiklər-AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və instititun direktoru Möhsün Nağısoylu müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıdırlar. Mən dövlətin müasir dil quruculuğu siyasətinə, "Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə QƏSD və bağışlanmaz CİNAYƏT hesab edirəm. Güman edirəm ki, media da, ziyalılar da, AMEA rəhbərliyi də bu məsələyə biganə qalmayacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26