Interposta.Info

Sosialist Əməyi Qəhrəmanı, qəhraman ana Şərqiyyə Vəliyeva işğaldan azad edilmiş Qarabağa belə dönmək istəyir - VİDEO

Müxtəlif / Manşet
 18-01-2021, 11:14     2 268

Bu günkü müsahibimiz əmək qəhrəmanı, həm də qəhrəman ana olan Şərqiyyə Vəliyeva zəhməti hesabına ucalan insanlardandır.

Həmişə əməyinə, qabarlı əllərinə güvənib. Güvəndikləri də ona şan-şöhrət qazandırıb, hərkəsin sevimlisinə çevirib. Zəhməti hesabına zamanın ən yüksək mükafatlarına layiq görülüb. Yaxasını saysız-hesabsız medalları zəhmətinin gücü ilə bəzəyib.

İnterPosta.info
30 ildir yurd həsirəti ilə yaşayan Sosialist Əməyi Qəhrəmanı ilə oxuclarımızı tanış edirik:

Şərqiyyə Vəliyeva 1 iyul 1936-cı ildə Laçın rayonunun Piçənis kəndində anadan olub.

Ailədə 4 bacı, 1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər. Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər.

Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Müxtəlif illərdə 2 dəfə “Lenin”, “Şərəf Nişanı”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub.

Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır.

1952-ci ildən ÜİLKGİ üzvü, 1965-ci ildən Sov.İKP üzvü olmuşdur. 1997-ci ildə YAP-ın üzvüdür. 2002-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə ona "Prezident təqaüdü" verilmişdir.

Şərqiyyə Vəliyeva Sabir Vəliyevlə ailə qurmuş, ailəliklə maldarlıqla məşğul olmuşlar. Sabir Vəliyev qabaqcıl maldar olduğu üçün bir neçə orden və medallarla təltif edilmişdir.

Şərqiyyə Vəliyevanın oğlanlarının dördü Qarabağ müharibəsində iştirak ediblər. Oğlu Füzuli Vəliyev Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Mİ-24 helikopterində hərbi təyyarəçi olub. 252 uçuş keçirən, kapitan rütbəsində xidmətini davam etdirərək döyüşlərdə yaralanan kapitan Füzuli Vəliyev 2003-cü ildə hərbi vəzifəsini yerinə yetirərkən həlak olub.

Şərqiyyə Vəliyeva Laçının işğalından sonra Bərdə rayonunun Zümürxan kəndində Su Anbarında məskunlaşmışdır.

İnterPosta.info
Vəliyevanın Media TV-yə verdiyi müsahibəni təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26