Interposta.Info

Azərbaycanda koronavirusdan rekord sağalma qeydə alındı

Müxtəlif / Manşet
 22-12-2020, 20:02     970

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 205 877 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 147 199 nəfər müalicə olunaraq sağalıb, 2 294 nəfər vəfat edib. Hazırda 56 384 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 221, bu günə qədər isə ümumilikdə 2 088 358 test icra olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26