Interposta.Info

Sabahdan internetlə bağlı məhdudiyyət aradan qaldırılır

Müxtəlif / Manşet
 11-11-2020, 22:57     1 093

Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək.

Bu barədə "İnterPosta"ya NRYTN-dən məlumat verilib. Nazirlik ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edir.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26