Interposta.Info

Putin məşhur bakılıya bənzəmək istəyirmiş

Müxtəlif
 8-10-2020, 09:28     614

Bu gün 68 yaşını qeyd edən Rusiyanın Prezidenti Vladimir Putin “Vladimir Putinə 20 sual” layihəsi çərçivəsində gəncliyində kimə bənzəmək istədiyi barədə suala maraqlı cavab verib. Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, gənc yaşlarında məşhur kəşfiyyatçı Rixar Zorgeyə bənzəmək istədiyini bildirib.

1895-ci ildə anadan olan Rixard Zorge Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olub. O, İkinci Dünya müharibəsindən əvvəl və müharibə vaxtı Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərib. Rixard Zorge həm də nasist Almaniyasının SSRİ-yə hücum edəcəyini əvvəlcədən Kremlə məlumat verməsi ilə tarixə düşüb. Kəşfiyyatçı hücumun dəqiq vaxtını bilməsə də(bəzi mənbələrə görə təxmini tarix kimi iyunun 20-ni göstərib), belə bir təhlükənin olduğunu bildirib. Lakin SSRİ rəhbərliyi Rixard Zorgenin məlumatını ciddiyə almayıb. 1941-ci il iyunun 22-də isə bakılı kəşfiyyatçının haqlı olduğu aydın olub.

1941-ci ilin oktyabrında Yaponiyanın paytaxtı Tokioda həbs edilən Rixard Zorge 1944-ci ildə saxlanıldığı həbsxanada edam olunub. Ölümündən sonra bakılı kəşfiyyatçıya Sovet İttifaqı Qəhrəmanı adı verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26