Interposta.Info

İnsanlar ailə şənliyi şəkilində toy mərasimlərini keçirə bilər - AÇIQLAMA

Müxtəlif
 19-09-2020, 11:37     761

"Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq bu qaydalar həmişəlik qəbul olunmalıdır".

"İnterPosta" xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf-a müsahibəsində bildirib:

"Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil. Eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir. Sadə tərtibdə toyların keçirilməsi mümkün ola bilər. Amma şadlıq evlərində kütləvi və təntənəli toyların keçirilməsi mümkün deyil. Qardaş Türkiyənin də bəzi şəhərlərində toyların keçirilməsi ilə bağlı qərar verildi. Amma burada toyun bir neçə saat ərzində baş tutması şərt kimi qoyuldu. Eyni zamanda bu tip toylarda yemək-içmək və müxtəlif təamların da verilməsi qadağan edilmişdi. Sonradan yoluxmada artım olduğuna görə onu da qadağan etdilər. Ona görə də bundan sonra ölkəmizdə toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar".

Millət vəkili onu da bildirib ki, toyların uzun müddət qadağan olunmasının ölkədə demoqrafik vəziyyətə mənfi təsiri olmayacaq:

"Toyların keçirilməməsinin demoqrafik vəziyyətə bir o qədər də təsiri olmayacaq. Çünki statistikaya əsasən uşaqların 70 faizi evliliyin ilk ilində deyil, sonrakı illərində dünyaya gəlir. Digər tərəfdən toyların qadağan edilməsi o demək deyil ki, insanların ailə qurmasına da məhdudiyyət qoyulub. İnsanlar yenə də öz ailə həyatlarını qura, ailə şənliyi şəkilində də toy mərasimlərini keçirə bilərlər. Əslində bu addımları daha çox təbliğ etmək və stimullaşdırmaq lazımdır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26