Interposta.Info

Bakı Nəqliyyat Agentliyinin rəhbəri KORONAVİRUSA YOLUXDU

Müxtəlif
 20-08-2020, 13:55     919

Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb.

"İnterPosta" xəbərinə görə, xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb. İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb. Zəruri müayinə və müalicə tədbirləri görülür. Vüsal Kərimlinin və əməkdaşımızın səhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur.

Yeni avtobusların alınmasının şəhərimiz üçün mühüm əhəmiyyəti nəzərə alınaraq səfər təxirə salınmayıb. Test nəticələri neqativ olan əməkdaşlarımız hazırda qardaş ölkədə səfərdədilər.

Məlumat üçün bildiririk ki, Türkiyənin BMC şirkətinin istehsalı olan 115 ədəd avtobusun çatdırılması prosesinə bu ilin oktyabrında başlanılacaq və noyabradək yekunlaşdırılması nəzərdə tutulub./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26