“Azərbaycan Qarabağı nə zaman geri alsa, siz də torpaqlarınızı o zaman alacaqsınız” – Füzuli Hüseynov

Son dövrlər ölkədə məmur özbaşınalışına, vətəndaş süründürməçiliyinə, rüşvətxorluq və korrupsiya hallarına son qoyulması istiqamətində geniş təxirəsalınmaz əməli tədbirlər davam etdirilməkdədir. Hüquq mühavizə orqanlarının bu baxımdan həyata keçirdiyi əməliyyatlar nəticəsində ölkə başçısının tövsiyyələrinə məhəl qoymayan, əksinə, vətəndaşları talamaqla öz biznes imperiyasını genişləndirməyə xidmət edən iri və xırda məmurların layiqincə cəzalandırılması ictimaiyyət tərəfindən müsbət qarşılanır.
Amma bu cür cəzaları gözə alaraq, öz çirkin əməllərindən asanlıqla əl çəkmək istəməyən məmurlar hələ də var. Belə məmurlardan biri də Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə (İƏD) nümayəndəsi Sabir Hüseynovdur.
"İnterPosta"nun məlumatına görə, etibarlı mənbənin Yenilider.info-ya verdiyi məlumata görə Göytəpə şəhər İƏD nümayəndəsi Sabir Hüseynovun qardaşı, Cəlilabad rayon Torpaq şöbəsinin müdiri işləmiş Füzuli Hüseynov rayonun Təklə və Abazallı kəndinə aid bələdiyyənin, sosial inkişaf fondunun və vətəndaşların pay torpaqlarını zorla zəbt edərək əkir. Bununla kifayətlənməyən Füzuli Hüseynov Təklə kəndində yerləşən Mədəniyyət evini saxta yolla sənədləşdirərək söküb, materialları ilə özlərinə şadlıq evi tikiblər. Eyni zamanda onlara məxsus yanacaq doldurma məntəqəsi, market, tikinti materialları satış mərkəzi də var.
Mənbə onu da iddia edir ki, Füzuli Hüseynov, qardaşları, Təklə bələdiyyəsinin keçmiş sədri Fərman Hüseynov, Şadlığ evinin sahibi Rəsul Hüseynov və onların QOÇU dəstəsi bu gün təxminən saat 13:30 radələrində Abazallı kənd sakinləri ilə kütləvi münaqişə yaratmışdır. Münaqişə Sabir Hüseynovun qardaşına məxsus marketdə baş vermişdir. Münaqişəyə əsas səbəb Abazallı kənd sakinlərinin Hüseynovlar tərəfindən zorla əllərindən alınan torpaqlarını tələb etməsi olmuşdur.
Məmur qardaşına və var-dövlətlərinə arxalanan Füzuli Hüseynov haqqlarını tələb edən kənd sakinlərini hədələyərək: “Azərbaycan Qarabağı nə zaman geri alsa, siz də torpaqlarınızı o zaman alacaqsınız”.
Bu ifadəni işlədərkən tərəddüd belə etməyən F.Hüseynov görəsən kimə və nəyə arxalanır?
Təxminən 2 il bundan qabaq Cəlilabad rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsindən “vurulan” Sabir Hüseynov ümid edirik ki, cəzasız qalmayacaq, Hüseynovların hegamonluğuna son qoyulacaq.
P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışacağıq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26