Interposta.Info

Azərbaycanda son 24 saatda koronavirusa yoluxan və sağalanların sayı açıqlandı

Müxtəlif / Manşet
 15-04-2020, 17:32     625

Azərbaycan Respublikasında 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 53 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 404 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmiş, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılmışdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26