Interposta.Info

Koronavirusa yoluxanların müalicəsi neçəyə başa gəlir?

Müxtəlif
 11-04-2020, 20:50     378

Çin Tibbi Sığorta Dövlət İdarəsinin nümayəndəsi Xiong Xianjun koronavirusa yoluxmuş bir xəstənin müalicəsinin neçəyə başa gəldiyini açıqlayıb.

Onun sözlərinə görə, bir xəstənin orta stasionar müalicəsi 3 min dollara başa gəlir. Xəstəliyi ağır keçirən şəxsdirsə, müalicə xərcləri 21 min dollara qədər arta bilir.

İdarə nümayəndəsi onu da bildirib ki, ayrı-ayrı xüsusilə ağır formalı xəstələrdə müalicə xərcləri 200 min dollara çatıb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26