Interposta.Info

Azərbaycan-Gürcüstan sərhədində koronavirusla bağlı yoxlama gücləndirilib

Müxtəlif / Manşet
 27-02-2020, 13:56     433

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində koronavirusla bağlı yoxlamalar gücləndirilib.

Məntəqədən keçməklə Gürcüstana daxil olan bütün şəxslər tibbi heyət tərəfindən koronavirusla bağlı yoxlamadan keçirilir.

Azərbaycandan Gürcüstana gedən hər bir şəxsin hərarəti ölçüldükdən sonra ölkə ərazisinə buraxılır.

Yoxlamalar zamanı iki İran vətəndaşının Gürcüstana daxil olmasına icazə verilməyib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26