Interposta.Info

Koronavirus şübhəsi ilə 2 nəfər xəstəxanaya yerləşdirildi

Müxtəlif / Manşet
 24-02-2020, 18:24     369

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.

"İnterPosta" verilən məlumata görə, fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Onlar 1995 və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan biraz yüksək olub. Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə hal hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26