Interposta.Info

Çingiz Qənizədənin qardaşı idarə etdiyi 3 şirkəti üzə çıxdı - FOTO

Müxtəlif / Manşet
 6-02-2020, 22:21     714

"Özünü buraxmış" və yenidən deputatlığa namizədliyini vermiş deputat Çingiz Qənizədənin 3 şirkətini qardaşı Feyruz Qənizadə Aşıralı oğlu idarə etdiyini qeyd edən jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşıb.

"İnterPosta" yazını olduğu kimi təqdim edir:

"ARAZ DİZAYN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ keçmiş paytaxt prokurorunun biznesində önəmli yer tutur. Reyestr məlumatında şirkətin dəqiq ünvan göstərilməsə də, 2006-cı ilin aprelində qeydiyyata alındığı, Binəqədi rayonunda hüquqi qeydiyyatda olduğu qeyd edilib. Şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur.
"XƏZƏR TERMİNAL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də 2006-cı ilin aprelində qeydiyyatdan keçib, hüquqi ünvanı Səbail rayonu göstərilib. Bu şirkətin də fəaliyyəti inşaat biznesini əhatə edir.
"UNİVERSAL-TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2007-ci ilin mayından fəaliyyətdədir, Şəki şəhəri Aydın Məmmədov 43 ünvanında hüquqi qeydiyyatdadır.
Bu şirkət 2010-cu ildən bəri çoxsaylı tenderlərin "qalibi" olub, sifarişlər əldə edib. Qənizadə bu şirkət üzərindən müxtəlif dövlət qurumları üçün tikintidən tutmuş dəftərxana, təsərrüfat malları, inventar və digər tələbatların təmin edilməsinə qədər "universal" xidmət həyata keçirib. Əsas sifarişçiləri Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətidir. Məsələn, 2013-cü ildə Baki şəhər İcra Hakimiyyəti başçısının Xarici Əlaqələr və İnvestisiya Proqramları departamentinin sifarişi ilə gül bayramı üçün 7735.55 manatlıq gülü bu şirkət təşkil edib.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26