Interposta.Info

Qubadlı rayon icra hakimiyyəti vətəndaşı İmamverdi İsmayılova səs verməyə məcbur edir? - VİDEO

Müxtəlif / Manşet
 21-01-2020, 22:00     1 263

Uzun illər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat mantadını daşıyan İmamverdi İsmayilovun seçicisi onun haqqında inanılmaz açıqlama edib.

"İnterPosta" xəbər verir ki, Azərbaycanda fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədlərin təşviqat kampaniyası davam etməkdədir.


Azərbaycanda seçkilərdə səs vermək seçicilərin sərbəst və azad hüququ olsa da, bəzi dairələrdə əhali yerli icra hakimiyyətləri tərəfindən müəyyən namizədlərin xeyrinə səs verməyə məcbur edilir.

İcra Hakimiyyəti tərəfindən Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə məcbur edilən dairələrdən biri də 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.

Bu iddiayla Qubadlı rayonunu Qaralar kənd sakini Sərməsov Qədri Bəhlul oğlu Media tv-yə danışarkən bildirib.

Sərməsov Qədrinin sözlərinə görə onları 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən YAP-ın namizədi İmamverdi İsmayılova səs verməyə Qubadlı rayon İcra Hakimiyyəti məcbur edir.

Sərməsov Qədri indiyədək deputat İmamverdi İsmayılovun üzünü görmədiyini bildirir.

Sosial vəziyyətdən acınacaqlı durumda olduğunu söyləyən Q. Sərməsov nə işinin, nə də evinin olmadığını bildirir.

İnterPosta.info Q. Sərməsovun Media.tv-yə verdiyi açıqlamanı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26