Interposta.Info

Milli Məclisin sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədovun Bakıdakı mülkü - FOTO

Müxtəlif / Manşet
 23-12-2019, 10:04     2 853

"İnterPosta.info"nun xəbərinə görə, Cavanşir Həsənli Milli Məcilisin sədirinin qardaşı Nazimin sərvəti haqqında məlumat yayıb.

Məlumatda deyilir:


Milli Məclisin sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədov Bakının Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında zirzəmisi daxil olmaqla 4 mərtəbəli obyekt tikdirir.
20 sot sahədə aparılan tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin iyununda icazə verilib.
Ümumi sahəsi 16783,3 kvadrat metr nəzərdə tutulan binanın layihəsi "AS-KO" MMC tərəfindən hazırlanıb.
AVROMED şirkətilə bağlı ötən yazımdan sonra Milli Məclis bəyanat vermişdi ki, Oqtay Əsədovun Cavid Əsədov adında qardaşı oğlu yoxdur, o belə bir adam tanımır. Spiker yəqin ki, bu dəfə öz qardaşından imtina etməyəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26