Interposta.Info

Bir ildə paytaxt Bakıda yanan ticarət mərkəzləri - VİDEO

Müxtəlif / Manşet
 16-12-2019, 10:24     651

Bu il Bakıda ən yadda qalan hadisələrdəndə iki ticarət mərkəzi, biri kəndli bazarı oldu.

İlk öncə 8-ci kilometr ərazisində xüsusi səliqə-sahmanı ilə seçilən ticarət mərkəzlərindən biri olan “Diqlas” yandı.

"İnterPosta.info" xəbər verir ki, 26.03.2019-cu il tarixdə yanan “Diqlas” bir neçə dəfə yer pullarının 50% artması və digər qalmaqallarla gündəmə gəlsə də, ərazidə daha münasib və çeşidli qiymət təklif etməsi ilə tanınan ticarət mərkəzi kimi çoxlarının üz tutduğu məkan idi.

Əvəllər “Diqlas” Ticarət Mərkəzinin sahibi kim olduğu bilinməsədə, sonradan məlum oldu ki, MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusimiş.

***

Xatırladaq ki, 09.12.2019-cu il tarixdə Bakıda digər bir ticarət mərkəzi olan "EuroHome"da yanıb.

09 dekabr səhər saatlarında ticarət mərkəzində yanğın baş verməsi nəticəsində ticarət mərkəzi yanaraq yararsız vəziyətə düşmüşdür.

Hadisə Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə baş vermişdir.

***

Paytaxda 3-cü yanğın hadisəsi 14.12.2019-cu il tarixdə axşam saatlarında Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə baş vermişdir.

Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerinə cəlb olunsada kəndli bazarı kimi tanınan 3-cü mikrorayon bazarıda yanaraq tamamilə sıradan çıxmışdır.

İnterPosta bir il ərzində yanaraq kül olmiş ticarət mərkəzlərinin görüntülərin təqdim edir:








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26