Interposta.Info

Zaur Baxşəliyevin verlişində əmisi oğlu tərəfindən əxlaqsızlıq təklif olunan xanım nələr danışır... VİDEO

Müxtəlif / Manşet
 7-12-2019, 10:26     1 968

Lalə Urmiyevanın başına Azərbaycan televizyalarında nələr gətirilib!

Öz verlişlərinin retinqi xatirinə insanların hisiyatı ilə oynayan televiziya və verlişlər haqqında..

Milli Fədailər Hərəkatından "İnterPosta.info"ya verilmiş açıqlamada deyilir:

3 yaşından doğma valideynləri tərəfindən atılan Lalə Urmiyeva 5 dekabr tarixində Milli Fədailər Hərəkatına rəsmi müraciət edib. O, bundan əvvəl sosial xarakterli televiziya verlişlərinə müraciət etsə də, əks münasibətlə qarşılaşıb. Lalə Urmiyevanın bildiyinə görə, o, Atv-də yayımlanan “Bizimləsən” verlişinə müraciət edib. Lakin verlişin aparıcısı Zaur Baxşəliyevin əmisi oğlu Sənan Baxşəliyev tərəfindən əxlaqsız təklif edilib. Daha sonra, o, Milli Fədailər Hərəkatına üz tutub. Hərəkatın sədri Fuad Muradov danışıb:

“5 dekabr tarixində Urmiyeva Lalə adlı xanım bizim təşkilata müraciət edib. Qadın Naxçıvan şəhərində anadan olub. Başına gələnlərlə Milli Fədailər Hərəkatına bağlı müraciət ünvanlayıb. Biz də məsələni tam araşdırdıqdan sonra, xanıma lazımi köməklikləri etdik. Həmin günü də sözügedən məsələni mediada işıqlandırdıq. Maksimum şəkildə məsələni işıqlandırmağa çalışdıq. Xanıma sosial durumuyla bağlı maddi durumunu bacardığımız qədər həll etdik. Bundan sonra isə, dövlət tərəfindən himayə olunmasına çalışacayıq. Hazırda xanımın heç kimi yoxdur və kimsəsizdir. Dediyinə görə, üç günlüyündə valideynləri tərəfindən atılıb. Daha sonra isə, onu qəyyumluğa götürüblər. Dörd yaşında ögey anasını, 16 yaşında isə ögey atasını itirib. Bundan sonra, xanımın həyatı daha da acınacaqlı olub. Daha sonra, Bakıya üz tutub. Kimsəsiz olduğuna görə dəfələrlə televiziyalara müraciət edib. Xanımın dediyinə görə, həmin televiziyalar ona xoş davranmayıblar. ATV kanalında Zaur Baxşəliyevin aparıcılıq etdiyi verlişə üz tutub. Xanımın dediyinə görə, Zaur Baxşəliyevin əmisi oğlu Sənan Baxşəliyev ona əxlaqsız təklif edib. Xoşqədəm Hidayətqızının verlişinə müraciət edəndə isə, o, xanımın üstünə verliş arxası acıqlanaraq, onu aşağılamışdır. Çıxış yolu olaraq Milli Fədailər Hərəkatına müraciət edib . Bizdə çalışdığımız qədər xanıma köməkliyimizi göstərdik və bu kimsəsiz insanlardan isitifadə edənlərin də ifşa olunmasına çalışdıq. Bu cür insanların himayə olunmasında, cənab Ali Baş Komandana, 1-ci Vitse-Prezident Mehriban xanıma inanırıq. Biz bacardığımız qədərini etdik. Bundan sonrasında dövlətimizə güvənirik”.

Lalə Urmiyeva səsləndirdiyi iddiyalara münasibət bildirmək üçün qarşı tərəfləri dinləməyə hazırıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26