Interposta.Info

Təbiətin məhfinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə göz yumur? - VİDEO

Müxtəlif / Manşet
 29-11-2019, 14:28     770

“Meşəni məhv etmək, milləti məhv etməkdir”

Təbiəti mühafizə fəalları Şəki-Qax bölgəsindəki dağıdılmaqda olan meşəliklərə səfər edir.

"İnterPosta.info" xəbər verir ki, dərinliyə getdikcə, sıx meşəlik yerini kürünən boş sahəyə dönür. Ərazidə fındıq bağları salınacağı deyilib və meşə bitkiləri tamamilə kökündən çıxardılaraq məhf edilib. Yarıçılpaq ərazidə bu gün də buldozerlər gözə girir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu və bunun kimi işaparan iş adamlarına hərzaman "dəstəyin" göstərib. Belə olmasaydı Şəki-Qax bölgəsində meşə zolağında yerləşən ağaclara kol adı verib təbiətə qənim kəsilənlərin əməllərinə göz yumazdır!

Meşə zolağına yaxın ərazidə yerləşən yerli əhali gələcəkdə baş verəcək fəsadlardan çox narahat olduqlarını bildirirlər. Və onuda qeyd edirlər ki,

Söhbət Şəkinin Bideyiz, Köbər Zəyzit, Cunud və Baş Layısqı kəndləri yaxınlığındakı ərazilərdən gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi buradakı bəzi meşə sahələrini “Monte Ferro” MMC-ə icarəyə verib. Şirkət ərazidəki bitki örtüyünün yerində fındıq bağları salmağı planlayır. Eko akstivist Cavid Qara meşəliyin dağıdılmasıyla yarana biləcək fəsadlardan danışır.

Və o bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Firdovsi müəllim deyib ki, orada tülkü, çakqal yaşayır.

Firdovsi bəy meşədə nə yaşamalıdır?

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

İnterPosta.info meydan tv-enin ərazidən çəkdiyi çəkilişi təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26