Interposta.Info

Qəhraman Mənsimzadə: Məni deyil, hospitalı araşdırmağı məsləhət görürəm

Müxtəlif / Manşet
 27-11-2019, 00:54     2 576

Son zamanlar mənim əleyhimə mətbuatda bəzi ehtiyatda olan zabitlər tərəfindən sifarişlə yazılar dərc edilir və çalışırlar ki, məni gözdən salsınlar. Mən bu insanlara məni araşdırmaq deyil, hospitaldakı özbaşınalığı araşdırmağı məsləhət görürəm.
Qəhraman Mənsimzadə "İnterPosta.info"ya bildirib ki, mənim ittihamlarımla bağlı Moderator.az saytında Silahlı Qüvvələrin Hərbi Qospitalının sabiq rəisi, tibb xidməti polkovniki Həşim Cəfərovun, Mərkəzi Hərbi Həkim Komisiyasının sabiq rəisi, tibb xidməti polkovniki Firudun Qarabəyovun və Silahlı Qüvvələrin baş terapevti, tibb xidməti polkovniki Azad Məmmədovun müraciəti dərc olunub. Onlar bildirirlər ki, mənim Müdafiə Nazirliyinin tibbi müəssisələrindən pulsuz faydalanmağımın qanuni əsası yoxdur və bu tələbim qanunaziddir. Belə ki, mən SQ-dən öz arzum ilə ayrıldığım üçün tibb müsəssisələrindən pulsuz faydalanmaq hüququna malik deyiləm. Yəqin ehtiyatda olan bu tibb xidməti polkovnikləri Azərbaycan Respublikası Qanununu hələ də başa düşə bilməyiblər. Öz müraciətləri ilə özü-özlərinin yalanlarını ifşa edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 6-cı bəndində açıq şakar yazılıb ki, “Yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlaırnın), vəfat etmiş böyük və ya yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibii təminatı, sanatoriya-korort müalicəsi və istirahət hüququ saxlanılır”. Burada sizlərə nə aid deyil? “20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin” cümləsi “Yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış” zabitlərə aid edilmir və bu əlavə cümlədir. Mən isə Azərbaycan Ordusunda 27 il, Sovet ordusu ilə ümumilikdə isə 32 il xidmət etmişəm. Bu səbəbdən bu Qanuna əsasən mənim tibbi təminat hüquqlarım saxlanılır və ödənişsizdir. Bunu isə sizlərə məhkəmə qərarından sonra sübut edəcəm. Siz üç cənab polkovniklər isə qanunları diqqətlə oxuyun, sonra yazın.
Söhbət əgər Kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarından (tərxis olunmuş əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvlərinin pulsuz dövlət tibb xidməti ilə təmin olunmasından gedirsə, əksinə mən bunun tərəfdarıyam. Çünki bu kateqoriyaya aid hərbi qulluqçuların məsuliyyəti ordumuzda daha çoxdur və onlar buna layiqdir. Mən burada Kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarını Müdafiə Nazirliyinin Xüsus Təhlükəsizlik Baş İdarəsi ilə müqayisə etmişəm. Nə vaxtdan Xüsusi Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları kəşfiyyat fəaliyyəti ilə məşğul oub ki, onların ailə üzvləri də Müdafiə Nazirinin 01 aprel 2019-cu il tarixli 5 №-li qərarı ilə tibbi təminatdan azad olunsun?
Siz cənab polkovniklər niyə hazırda xidmət edən hərbi qulluqçuların ailələrinin tibbi təminata görə ödənişləri haqqında heçnə danışmırsınız? Gedin diqqətlə Müdafiə Nazirinin 01 aprel 2019-cu il tarixli 5 №-li qərarını oxuyun və bu qərarın nə qədər qanuna zidd olduğunu görəcəksiniz. Necə ola bilir ki, şəhərin mərkəzində xidmət edən Xüsusi Təhlükəsizlik Baş İdarəsinin əmkdaşlarının ailələri tibbi təminatdan 100% azad olur, səngərlərdə xidmət edən hərbi qulluqçuların ailələri 40%, müddətdən artıq xidmət edən hərbi qulluqçuların ailələri isə 100% ödəniş edir. Kim bu tarifləri təsdiq edib? Buna çətin cavab taparsınız.
Mən ehtiyata buraxılmazdan əvvəl Mərkəzi Klinik Hospitalda 10 günə yaxın müalicə aldım. Təsəvvür edin, bir elementar göz dərmanı bu boyda Hərbi Hospitalda olmadığından, mənə onu kənarda almaq üçün resept verildi (şəkil 1). Nəyə görə hərbi qulluqçu öz cibindən kənarda apteklərdən dərman almalıdır? İndi siz cənab polkovniklərdən soruşuram bəs bu qədər hərbi qulluqçuların ailələrindən müalicəyə görə toplanan pul vəsaitləri hara gedir? Bu məgər utanverici deyil? Ona görə şəxsi qərəzli yazılar yazıb faktlardan yayınmayın.
İndiki məqamda mən yox, məhz sizlər öz əməlinizin yanlış və sifarişli olduğunu etiraf etməli və ictimaiyyətdən üsr istəməlisiniz.
Qəhraman Mənsimzadə

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26