Interposta.Info

Prezident Saleh Məmmədovda səhv tutdu: “Şişirtmə bu rəqəmləri” (VİDEO)

Müxtəlif / Manşet
 29-10-2019, 12:38     10 452

Prezident İlham Əliyev ötən gün Qəbələnin Böyük Əmili- Bılıx -Əmirvan avtomobil yolunun açılışında iştirak edib.

Açılış mərasimində ölkə başçısına görülmüş işlər barədə Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədov məlumat verib.

Bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: "Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min əhali yaşayır.

Prezident İlham Əliyev: Əmirvan kəndindən o tərəfə yaşayış yeri yoxdurmu?

Saleh Məmmədov: Burada yol da yoxdur, cənab prezident. 7 km yarım bir yol çəkilsə, Vəndam kəndinə gedib çıxmaq olar.

Prezident İlham Əliyev: Bu layihə üzərində işləyin, onu edərik.

Saleh Məmmədov: Digər investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yoludur. Bu yol da 18 km-dir. Burada 40-a yaxın yaşayış məntəqəsi var.

Prezident İlham Əliyev: Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın?

Saleh Məmmədov: Bağışlayın, üzr istəyirəm, cənab prezident.

Prezident İlham Əliyev: Mən bilirəm axı, Qəbələdə 60 kənd var. Şişirtmə bu rəqəmləri./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26