Interposta.Info

Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi, Oqtay Şirəliyevsə... - EKSKLÜZİV

Müxtəlif / Manşet
 21-10-2019, 16:44     10 565

Baş nazirin iki müavini - Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarılıb.

"İnterPosta.info"nun məlumatına götə, hər iki müavin yaş həddinə görə təqaüdə göndərilib.

Ptezidentin sərəncamların olduğu kimi təqdim edirirk:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2019-cu il.-0-ZƏ

***

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2019-cu il.-0-zə

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26