Interposta.Info

Məhkum olduğunu yoxlamaq istəyənlər "Soliton"a müraciət etsin

Müxtəlif / Manşet
 22-06-2019, 22:00     10 565

Kim məhkum olduğunu yoxlamaq istəyirsə "Soliton"a müraciət etsin.

İnterPosta.info
-nun oxucusu bildirir ki, "28 May" metro stansiyası yaxınlığında "28 May küç. 110A ünvanında yerləşən "Soliton" mağazasına yaxınlaşaraq telefon almaq istəyib.
Mağazanın əməkdaşları vətəndaş haqqında məlumatı yoxladıqdan sonra ona bildiriblər ki, sizə kreditlə heç bir məhsul sata bilmərik.
Oxucumuz bildirir ki, "Soliton"un əməkdaşından kreditlə məsul götürə bilməyəcəyinin səbəbin soruşduqda, ona belə cavab veriblər: Siz məhbus həyatı keçirmisiniz, sizə kreditlə məhsul sata bilmərik.

Burda bir sual yaranır! "Soliton" mağazalar şəbəkəsinə kim icazə verib ki, vətəndaşın şəxsi məlumatların və xüsusi orqanlara aid olan bilgiləri yoxlasın?

Vətəndaş onuda bildirir ki, bankdan yetərincə kredit götürüb və problemsiz qaytarıb. Hal-hazırda banka kredit ödəyir!
Qarşı tərəfi dinləməyə hazırıq

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26