Interposta.Info

"XalqBank Azərbaycan Respubilkasının verdiyi şəxsiyət vəsiqəsini tanımadı"

Ölkə / Manşet
 17-12-2018, 21:30     10 572

"XalqBank" Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin verdiyi şəxsiyət vəsiqəsin tanımayıb.

İnterPosta.info-ya məlumat verən vətəndaş bildirir ki, bu gün 12:00 radələrində pul köçürmə məqsədi ilə banka müraciət edib!

Şikayətçi İbadullayev Aslan Şiraslan oğlu bildirir ki, Xətai rayon Məzahir Rüstəmov küçəsi 145 ünvanında yerləşən "XalqBank" bankının əməkdaşı ona bildirib ki, bankın hazırki sistemi Azərbaycan Respubilkasının DİN-nin vətəndaşa verdiyi yeni şəxsiyət vəsiqəsini tanımır!
Vətəndaş bildirir ki, adı çəkilən ünvanda yerləşən "XalqBank"da pul köçürməsinin mümkün olmadığını görüb, digər banklardan birində yeni aldığı şəxsiyət vəsiqəsi ilə pul köçürmə əməliyyatı mümkün olub.
Bankın xidmətindən narazı qalan A.İbadullayev, onuda bildirir ki, bank əməkdaşı bildirib ki, sizin adınıza göndərilən pul köçürmələrin qəbul edə bilirik, amma bankdan digər ünvana yeni şəxsiyət vəsiqəsi ilə pul köçürməsi mümkün deyil!

Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin verdiyi yeni şəxsiyət vəsiqəsini tanımayan "XalqBank", mədaxil əməliyyatları qəbul edə bilir, məxaric əməliyyatları gerçəkləşdirə bilmir?


Qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.info
"XalqBank Azərbaycan Respubilkasının verdiyi şəxsiyət vəsiqəsini tanımadı"

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26