Interposta.Info

Ekspertlər dünyada yaşamaq üçün ən bahalı şəhəri açıqlayıblar -

Müxtəlif
 13-06-2019, 15:01     10 350

Əcnəbi vətəndaşlar üçün dünyada ən bahalı şəhərin hansı olduğu açıqlanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Tükrimənistanın paytaxtı Aşqabad şəhəridir.

Bu, ECA İnternational konsaltinq agentliyi tərəfindən yaşayış qiymətləri barədə aparılan qlobal araşdırmanın nəticələrinin açıqlanmasından sonra bəlli olub.

Aşqabad bahalılığına görə iki İsveçrə şəhərini - Sürixi və Cenevrəni arxada qoyub. Ondan sonra 4-cü sırada Honkonq (Çin), Bazel (İsveçrə), Bern (İsveçrə), Tokio (Yaponiya), Seul (Cənubi Koreya), Tel-Əviv (İsrail) və Şanxay (Çin ) gəlir.

Bahalı şəhərlər reytinqində vaxtilə həmişə yüksək yerləri tutan Venesuelanın paytaxtı Karakas birdən-birə 238-ci sıraya enib. Mütəxəssislər bunu ildə 1,3 milyona çatan inflyasiya göstəriciləri və kütləvi yoxsullaşma ilə əlaqələndirirlər.

Araşdırma zamanı dünyadakı 482 şəhərin istehlakçı səbətləri tədqiq olunub. Sonuncu sırada ABŞ-ın sanksiyalarına görə iqtisadi böhran keçirən İranın paytaxtı Tehran gəlir.

Rusiyanın paytaxtı Moskva isə əcnəbi vətəndaşlar üçün artıq lüks sayılmır. Buna əsas səbəb kimi sanksiyalar, neftin qiymətinin və rublun dəyərinin aşağı düşməsi göstərilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26