Interposta.Info

Məşhur şair “Azercell”in oğurluq faktlarını ifşa etdi: “Hörmətsiz Azercell!..”

Müxtəlif / Manşet
 13-05-2019, 18:35     10 625

“Azercell” növbəti dəfə tənqid hədəfinə çevrilib.

İnterPosta.info
AzToday.az-a istinadən xəbər verir ki, şair, publisist Elnur Astanbəyli sosial şəbəkə hesabında yazdığı statusunda “Azercell”in müştərilərindən etdiyi oğurluq faktlarını ifşa edib.

Həmin statusu olduğu kimi təqdim edirik:

Hörmətsiz Azercell!

Artıq yorulduğum və iyrəndiyim üçün buradan yazıram. İndiyədək istifadə etdiyim nömrəni dəfələrlə və birtərəfli şəkildə hansısa mənasız, geydirmə xidmətlərinizə qoşub cibimdən xeyli pul çırpışdırmısınız. Sonuncu dəfə də “Zvuk” adlı xidmətinizə qoşulduğumu öyrənirəm, sonradan araşdırıram ki, bununla bağlı xəbərdarlıq mesajını da gecənin bir yarısı (saat 04.44) göndərmisiniz və 1 gün sonra başlamısınız günə 15 qəpik silməyə. Sizə şəxsi nömrəmi mənim istəyim, razılığım olmadan hansısa gicdırnaq xidmətinizə qoşmaq, bu yolla cibimə girmək haqqını kim verib? Niyə həftə səkkiz, mən doqqiz sizin bu cür cir-zibillərinizlə uğraşmalıyam?

Hörmətsiz Azercell!

Doğrudanmı, sizdə azacıq utanma, arlanma deyilən bir şey yoxdur?

Belə də ki problem deyil: Şakaya pul lazımdırsa deyin, fitrə-zəkatımızı sizə verək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26