Qızıl Şəhərin süqutu

Ədirnə, şəhər yaxınlığındakı sərdabələr, 1449-cu il.
-O ölməlidir, Xəlil, gənc şahzadə gələcəkdə bizə çoxlu bəla gətirəcək.
-Mən bunu edə bilmərəm, Savaş, o mənim qohumumdur və demək olar ki, onu mən böyütmüşəm.
-Axmaq olma, səni nə gözlədiyini unutma: cəmiyyətdə mövqe, var-dövlət, torpaqlar, titullar. Və sən bütün bunları bir gəncin həyatı üçün itirmək istəyirsən?
-Sən başa düşürsən ki biz necə günah və cinayət işləyirik?
-Əgər mən vəziyyətin ciddiliyini başa düşməsəydim, biz bunu səninlə müzakirə etməzdik, Xəlil. Mən kahinin uzaqgörənliyinə inanıram, əgər oğlan taxta çıxarsa, böyük dəyişikliklər olacaq. O, öz atasından fərqlənir və o, Bəyazid İldırımın edə bilmədiyinə nail olacaq.
-Savaş, sən əminsən ki kahin həqiqəti deyib?
-Səncə,mən boş-boşuna bu kahinin yanına Serbiyaya getdim, Xəlil?
-Mən ümid edirəm ki, sən hansı risk və günah etdiyimizi təsəvvür edirsən.
-Səndən fərqli olaraq mən olacaq nəticələri, onun taxta çıxmasını beynimdə canlandıra bilirəm. Sən qorxaq deyilsən, Xəlil və mən bunu kimdənsə eşitməmişəm, qorxmaq lazım deyil. Biz bunu etməliyik, oğlan ölməlidir. Biz sadəcə hər şeyi qurmalıyıq, necə deyərlər, bədbəxt hadisəni hələ hec kim ləğv etməyib.
- Sən necə belə danışa bilirsən? O bizimlə birgə döyüşüb və sənin həyatını xilas edib …
- Hə nə olsun? Mən bunu ondan xahiş etməmişdim. İndi bizim üçün o təhlükədir, hazırda mənim, uşaqlarımın və sənin gələcəyin həll olunur. Xəlil, sən unutmamalısan ki, sən mənə bağlısan. Biz səninlə birlikdə Sultana Bizansla əlaqələrini düzəltməyi məsləhət görmüşdük və dövlətlərimiz arasında müharibənin olmamasına görə yaxşı varlandıq. Sultan bir çox məsələlərdə bizə qulaq asırdı.İndi isə təsəvvür et ki, şahzadə hakimiyyətə gəlsə və bizim işlərimizi öyrənsə nələr baş verəcək.
-Mən hər şeyi başa düşürəm, amma şahzadəni öldürmək –dəhşətli cinayətdir, o yaxşı gəncdir, vicdanlı, ağıllı və mömin müsəlmandır. Allah bizə qəzəblənəcək.
- Amma indi din haqqında danışmaq lazım deyil, qardaş. Biz bütün işlərimizi görəndə və var-dövlət yığanda din sənin yadına düşürdü, Xəlil? Yox!
-Mən hər şeyi başa düşürəm.
-Bəsdir özünə haqq qazandırdın, qərar qəbul edilən anda sən həmişə zəif olmusan. Həmişə ikimizin yerinə mən qərar vermişəm. Və düşünmə ki, sənin zəifliyinə görə mən əlimdə olanları qurban verəcəm.
-Səni inandırmaq olmayacaq, Savaş.
-Sən ya mənimləsən, ya da şahzadə ilə birlikdə öləcəksən.
-Mən səninləyəm, Savaş, amma unutma ki, bizim əllərimiz onsuz da çoxlu qanabatıb, şahzadənin ölümü isəbizim günah dəryamızda sonuncu damla olacaq.
-Hə, qoy belə olsun. Mənim əziz dostum, sənin vicdanın çox gec ayılıb.
-Nə edəcəyik?
-Sən məşvərətdən sonra onu evinə dəvət edəcəksən və yolda mən öz əsgərlərimlə ona hücum edəcəm. O vaxt axşam olacaq vəçox adam olmayacaq və bizim üstünlüyümüz o olacaq ki, şahzadə özü ilə bir və ya iki mühafizəçi götürür.
-Xəlil, o asan qurban olmayacaq, o uşaqlıqdan döyüşməyi öyrənib və onun mühafizəçiləri də onun kimidir.
-Buna görə narahat olmağa dəyməz.
-Sən onları satın alacaqsan?
-Yox, onlar şahzadəyə görə ölümə getməyə hazırdırlar,onlar şahzadəyə sadiqdirlər və burada pul heç bir kömək edə bilməz.
-Onda bəs necə?
- Xoş və sınanmış bir üsul var. Onunla birlikdə həmişə onun mühafizəçisi, İsmət olur. O şahzadənin sadiq dostu və mühafizəçisidir. Mən bilirəm ona necə təsir göstərmək olar.
- Necə?
-İsmətin kiçik qardaşı var, ataları onlar uşaq ikən ölüb. O, qardaşı üçün ata kimidir. Ona görə də İsmət bizə kömək etməsə, onun qardaşı bu dünyanı tərk edəcək.
-Sən şeytansan,Savaş.
-Yox, sadəcə mən həyatda qalmaq istəyirəm, Xəlil.Sən mənimləsən?
-Mənim başqa seçimim yoxdur.
-Belə də edək.
**********
Hər şey sui-qəsdçilərin planlaşdırdıqları kimi oldu – heç bir şeydən xəbəri olmayan şahzadə Xəlilin təklifini qəbul etdi və iki mühafizəçisi ilə birlikdə sui-qəsdçinin evinə doğru hərəkət etdi. Onlar küçələri keçərək tələyə doğru gedirdilər. Xəlil, sakit gedirdi və həyəcanlandığını gizlətməyə çalışırdı. Onu o sakitləşdirirdi ki, qabaqda onları Savaş və onun adamları gözləyir və həm də şahzadənin mühafizəçisi qardaşının həyatı naminə sui-qəsddə iştiraka razılıq vermişdi. “Hə daha bir az da, Xəlil və hər şey başa çatacaq” –o özü haqda deyirdi.O, qorxurdu və eyni zamanda da başa düşürdü ki, onun başqa çıxış yolu yoxdur. Hərçənd o şahzadənin yanına gedə bilərdi, onun qarşısında diz çökə bilərdi və hər şeyi ona açıqlayaraq özünü xilas edə bilərdi. Bəli, obağışlanacaqdı, lakin ən yaxşı halda o hansısa əyalətə sürgün olunacaqdı və orada Savaşın qohumları və əqidə yoldaşlarıbir müddət sonra onun kürəyinə bıçaq sancacaqlardı, ən pis halda isə şahzadə onu yerindəcə edam edəcəkdi. Xəlil üçün ən təhlükəsiz çıxış yolu Savaşla birlikdə qalmaq idi.
Püşk atılmışdı və sui-qəsddən geri çəkilmək artıq gec idi–döngəni dönmək lazım idi, orada kiçik meydan var idi, onun mərkəzinə qədər gəlmək lazımdı və o zaman meydanın dörd çıxışından Savaş və onun adamları ortaya çıxacaqdı, şahzadə və onun iki mühafizəçisi qılınclarını çıxaracaq, mən qorxusuz dayanacam və Savaşa tərəf gedəcəm və üzümü şahzadəyə çevirib deyəcəm: “Heç bir şəxsi qərəzliyim yoxdur, sən sadəcə şahmat taxtasında piyadasan və səni oradan aşağı salmaq lazımdır”.
Onlar meydana tərəf gedirdilər və hər şey Xəlilin təsəvvür elədiyi kimi baş verdi, onlar meydanın mərkəzinə çatdılar və birdən meydanın bütün çıxışlarından Savaşın adamları çıxdılar. Şahzadə və onun adamları qılınclarını çıxararaq döyüşə hazırlaşdılar, Xəlil isə dayanmışdı və hərəkət etmirdi.Şahzadə və onun mühafizəçiləri ona diqqət verməyərək gözləyirdilər.Düşmənlər onları mühasirəyə aldılar, onlar təxminən on beş nəfər, Savaş birlikdəon altı nəfər idilər. Onlar mühasirəyə alındıqdan sonra Savaş ortaya çıxdı.
-Mənim şahzadəm, deyəsən biz səni pis öyrətmişik, deyəndə ki sarayı gecə tərk etmək olmaz və əgər tərk etməli olsan, iki nəfərlə yox, yaxşı mühafizə ilə tərk etməlisən. Heç də yaxı olmadı, sən amma yaxşı ümidlər verirdin!
-Savaş, mən buna təəcüblənmirəm, kimin mənə xəyanət edəcəyini gözləyirdim və bu adamların arasında sən və mənim əmi adlandırığım adam da var idi.Bəli,Xəlil əmi.
Xəlil hadisələrin bu cür inkişafını gözləmirdi.O, şahzadəyə tərəf döndü və onun gözlərində qorxu var idi.
- Mənim şahzadəm, mən…
-Lazım deyil, Xəlil.Mən bir neçə ildir atamın ətrafını öyrənirəm və bilirəm ki, gələcəkdə onlardan kim mənə dəstək verəcək, kim verməyəcək. Və mən başa düşəndə ki, sən Savaşla birlikdə bütün öz qaranlıq işlərinizi görürsünüz, səninlə bağlı düşüncələrim puç oldu. İndi özünü təmizə çıxarmaq lazım deyil.İnsan bir dəfə səhv edə bilər, amma qalan səhvlər şüurlu olaraq edilir. Özünə haqq qazandırma, sadəcə Savaşa tərəf get.
Xəlil bir söz deməyərək, Savaşa tərəf getdi.
-Bəli, şahzadə, mən sənin belə uzaqgörən olduğunu gözləmirdim. Heyif ki, artıq bu sənə lazım olmayacaq. Qardaş hesab etdiyin öz mühafizəçin sənə xəyanət etdi. İsmət, bəlkə sən də mənim yanıma gələsən və öz şahzadənin ölümünə tamaşa edəsən?
İsmət cavab vermək istədi, amma şahzadə əlini yuxarı qaldıraraq onun cavab verməsinə imkan vermədi.
-Savaş, sən, əlbəttə, mənim Xəlilə qarşı münasibətimi və onun dəvətini qəbul edəcəyimi, özümlə həmişə iki ya üç mühafizəçi götürmək vərişlərimi, İsmətin qardaşı üçün qorxduğunu bilərək hər şeyi yaxşı planlaşdırmısan.
Şahzadə bu sözü deyəndə, Savaşın üzü dəyişdi –belə sözü o heç gözləmirdi.
- Əgər etiraz etmirsənsə, mən davam edirəm, Savaş.
Savaş susurdu.
- Sən hər şeyi yaxşı planlaşdırmısan, amma bir şeyi nəzərə almamısan. İsmət təkcə mənim mühafizəçim deyil.O, mənimlə birgə böyüyüb, o mənim qardaşımdır! Onun qardaşını hədələməklə, sən yalnız onu deyil, məni də hədələmisən.
Şahzadə danışdığı anlarda meydana şahzadənin şəxsi mühafizəsi kölgə kimi daxil olmağa başladı.Onlara səssiz olmağı, öz hədəfinə doğru elə hərəkət etməyi öyrətmişdilər ki, həmin insan özü də ona ölümün yaxınlaşdığını hiss etməsin. Assasinlər kimi təlim keçmiş mühafizəçiləreyni zamandaSavaşın adamlarına elə anda yaxınlaşdılar ki, şahzadə öz çıxışını “onun qardaşını hədələməklə, sən təkcə onu deyil, məni də hədələmisən” sözləri ilə baş vurdu. Onlar öz qılınclarını Savaşın adamlarına sancırdılar. Onların hamısı bir-bir yerə sərildilər. Savaş və Xəlil indi özləri, şahzadə üçün qurmaq istədikləri tələnin qurbanına çevrilmişdilər. Onlar başa düşdülər ki, məğlub olublar və öz sonlarını gözləyərək susurdular. ---
-Niyə uzadırsan, şahzadə? Sən qalib gəldin, bizi də öldür.
-Savaş, sən yenə tələsirsən. Sən məni öldürəcəyini düşünərək mənə vaxt verdin, Tanrıya getmədən əvvəl sənə və Xəlilə öz sözünüzü deməyə imkan verməmək hörmətsizlik olardı. Xəlil, bəlkə sən başlayasan?
-Mənim şahzadəm, özümə haqq qazandırmaq üçün deməyə heç bir sözüm yoxdur. Mən günahkaram, mənim sonum gəlib, əgər bacarırsansa, məni bağışla.
-Xəlil əmi, uşaq olarkən mənə öyrətdiyin kimi, bağışlamaq – güclü insanların işidir, mən səni bağışlayıram, ümid edirəm ki, İlahi məhkəmədə bu sənin üçün nəzərə alınacaq. Savaş, bəs sən nə deyəcəksən?
-Mənim səndən üzr istəyəcək heç bir şeyim yoxdur, şahzadə, nə olubsa olub. Amma onu bil ki, sən heç vaxt Bizanslılara qalib gələ bilməyəcəksən! Sən Konstantinopolu ala bilməyəcəksən!
-Bu sənin fikrindir, Savaş, sənin seçimindir.
-Mən səndən yalnız bir şey xahiş etmək istərdim.
-Nə?
-Mənim və Xəlilin ailəsinə toxunmayacaqsan, mən bunu bilirəm. Mən ancaq səninlə döyüşməyi səndən xahiş edirəm.
- Son xahiş - qanundur. Əsgərlər, bizim üçün meydanın mərkəzini boşaldın!
Əsgərlər aralandılar, meydanın mərkəzində şahzadə və Savaş qaldı. Savaş bilirdi ki, o şahzadəyə qalib gələ bilməyəcək, amma döyüşsüz ölmək də istəmirdi. Bəli, o sui-qəsdçi idi, lakin o həm də döyüşçü idi. O, qılıncını çıxararaq, şahzadənin üzərinə atıldı. Şahzadə onun zərbələrini dəf edirdi. O, Savaşın ardıcıl hücumlarından sonra, onun zərbəsini dəf edərək, onu itələdi və hücuma keçdi. Savaş müdafiə olunurdu, sağ tərəfə aldadıcı zərbə endirərək və şahzadənin qılıncını aşağıya doğru sıxaraq, o bıçağını çıxardı və şahzadənin ürəyinə vurmaq istədi. Şahzadə onun hərəkətini qabaqcadan anladı, qılıncını cəld kənara çəkərək sol əlinə keçirdi, sağ əli ilə bıçağı tutdu və qılıncı Savaşın sinəsinə sancdı.
Savaş hərəkətsiz qaldı, ruhu yavaş-yavaş bədənini tərk etməyə başladı. Qılınc və bıçaq onun əlindən yerə düşdü və o yavaşca dedi:
-Sən mənim dərslərimi öyrənmisən, şahzadə.
Və ölü halda yerə yıxıldı.Xəlil dayanmış və öz aqibətini gözləyirdi.
-Xəlil, mənə yaxınlaş.
Xəlil səssiz şəkildə yaxınlaşdı və şahzadənin qarşısında diz çökdü.
-Mən, uşaq vaxtı məni necə öyrətdiyini xatırlayıram, hansısa mənada mənə atamı əvəz etdin, amma bu sənin mənə xəyanət etdiyini dəyişmir.
-Şahzadə, mən səndən məni bağışlamanı xahiş etməyəcəm, çünki mən buna layiq deyiləm. Mən ancaq ölümə layiqəm.
- Sən mənim üçün doğma insan olmusan və bir daha təkrar edirəm, mənə öyrətmisən ki, bağışlamaq – güclü insanların işidir, mən səni bağışlayıram. –
-Nə?
-Ailəni götür və çıx get, Xəlil, mən səni bağışlayıram, sənə və ailənə toxunmayacaqlar, amma Osmanlıların ərazisində sən olmamalısan!
-Sənə təşəkkür edirəm, Cənab!
Xəlil ayağa qalxdı və meydandan çıxıb getdi.
- İsmət!
-Buyurun, şahzadə.
-Onları dəfn edin.
-Hələ ki heç kimə heç bir söz deməyin.
-Necə buyurursunuz.
O zaman Xəlil və Savaş təsəvvürlərinə gətirə bilərdilər ki, onlar kimi öldürmək istəyirdilər və bu şahzadə bir neçə il sonra kim olacaq?
**********
Bir neçə il sonra, Bosfor boğazı
- Bu gün biz, təkcə yeni qalanın özülünü qoymuruq, qardaşlar, bu gün biz həm də ilk toxumumuzu əkirik, o toxum ki gələcəkdə inşallah bizə Konstantinopolu bəxş edəcək. Artıq onları heç bir şey xilas edə bilməyəcək! Müharibə ilə üzərimizə gələcək və bununla da Bizansı məğlubiyyətdən xilas edəcək ikinci Teymur yoxdur. Konstantinopol bizim olacaq. Orada osmanlı bayraqları qürurla dalğalanacaq və azan səslənəcək.
Bax budur–bizim ümidimiz. Türkləri bir yumruq kimi birləşdirən ümid,Sultan II Mehmet, Osman və Bəyazid İldırımın qürurlu varisi. Bu ana qədər mən belə mənzərə görməmişdim. Generallar, əsgərlər, işçilər, mühəndislər, kəndlilər və mollalar bizim sultanın nitqini coşqun sədalarla qarşılayırdılar. Biz ona və onun niyyətlərinin təmizliyinə inandıq. İndi bütün osmanlı qoşunları birbaşaQızıl şəhəri mühasirəyə almaq üçün hücuma keçməyə hazır idilər. Geriyə yol yox idi.
- Bu qalanı almaqla mən Bizansın ələ keçirilməsinin və məhv edilməsinin başlanğıcını qoyacam. Mən Allaha və mənə əziz olan hər şeyə and içirəm ki, Konstantinopol Osmanlının olacaq və o bir də heç vaxt xristian olmayacaq. Mən, Osmanlı nəslindən olan Sultan Mehmetəm və bu, Osmanlıların yeni tarixinin başlanğıcıdır! Siz mənimlə getməyə hazırsınız?
- Bəli, Sultan!
Biz bağırırdıq, qılınclarımızı qalxana vururduq və Sultan üçün, Osmanlı Dövləti üçün canımızı verməyə hazır idik. Bizim dövrümüz çatmışdı, biz yolumuzdan dönməyəcəyik. Bizansı heç nə xilas etməyəcək. Sultan Mehmet öz nitqini başa vurdu və döyüşçü sıralarınınarasından keçərək öz çadırına doğru getdi. Sıralardan keçərkən o əsgərlərlə söhbət edirdi. Sultan demək olar ki bütün əsgərləri adları ilə tanıyırdı. Mən fəxr edirəm ki, belə bir insanın rəhbərliyi altında xidmət edirəm.Mən, Amasyadan İsmət bəyəm, Sultanın uşaqlıq dostu və qardaşlığı, onun şəxsi qvardiyasının dəstəsinə komandanlıq edirəm və bu –gələcəkdə Fatih Mehmet adlandıracaqları Mehmetin yürüşünün başlanğıcıdır.
Kaş Sultan mənim əslində İsmət deyil, Lyukun sürgün olunmuş mələyi olduğumu biləydi,hansı ki, artıq neçə minilliklərdir dünyada səyahət edir, şərəfli insanlara kömək edir və öz xəyanətini yuyaraqdünyanı daha yaxşı etmək, öz qardaşı Lüsiferlə döyüşmək və bu minillik müharibədə qalib gəlmək istəyir.
Tamerlan İldırım
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26