Interposta.Info

Azərbaycan xalqının, Azərbaycan Türklərinin qarşısında 4 əsas hədəf var.

Müxtəlif
 26-03-2019, 14:21     10 363

1. Azərbaycanlılıq. Azərbaycan torpaqlarının və Azərbaycan xalqının yenidən bütünləşməsi. Kimlər Azərbaycanı kiçik, yəni indiki kimi paramparça görürsə bizdən deyil.

2. Türklük. Türklük yalnız bir gen məsələsi deyil. Türklük ədalət, sevgi, saflıq və insanlıq fəlsəfəsidir. Kim türklüyü irqçilik, şovinizm deyib onu qəbul etmirsə bizdən deyil.

3. İslamlıq. İslam dini Türk xalqlarının böyük çoxunun tapındığı yeri gələndə barış, yeri gələndə fədailik dinidir. Bu dini biz Tanrıçılığın ziddi deyil, əksinə bir az da mükəmməl forması kimi qəbul edirik.
Kimlər İslam və Türklüyü qarşı qarşıya qoyursa bizdən deyil. Türklük yalnız İslam dini deyil, diger Türk xalqlarının tapındığı dinlərlə də uzlaşır. Başqa sözlə, müsəlman olmayan türklər də bizim öz qardaşlarımlzdır. Əli bəy Hüseynzadənin təbirincə desək, islam dini və digər dinlər Türk xalqlarını biri birindən ayıramaz. Kimlər bunu iddia edirsə bizdən deyil.

4. İnsanlıq. İnsanlıq Fəlsəfəsi Türkün vicdan, qeyrət Fəlsəfəsidir. Bizlərə nə Qərbin demokratiyası, nə də Rusiyanın, Çinin hansısa insanlıq fikirləri lazım deyil. Türkün insanlıq fəlsəfəsi min illər boyu ona yetmişdir və yenə də yetər. Sadəcə, özümüzə dönək.

Hörmətlə, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyası ilə əlaqədar müavini, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Dos, Dr. Faiq Ələkbərli

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26