Interposta.Info

Bakıda yanan yataqxanadan FOTOREPORTAJ

Müxtəlif
 6-03-2019, 19:34     10 476

Bakının Nərimanov rayonunda Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 6 nəfər tüstüdən zəhərlənib.

İnterPosta.info
report-a istinadən xəbər verir ki, bu gün Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev və Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev yanğın nəticəsində dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak ediblər.

Hökumət rəsmiləri ölənlərin ailəsinə başsağlığı veriblər. Yas mərasiminin xərclərini isə Dövlət Komitəsi öz üzərinə götürüb.

Bildirilib ki, həmin ailə bu gündən Nərimanov RİH tərəfindən kirayələnmiş 3 otaqlı mənzildə yerləşdirilib.

Binada təhlükəli şəraitdə olan mənzillərin sakinlərinin siyahıya alınması prosesi həyata keçirilib. Gün ərzində təhlükə ilə üzləşən mənzillər siyahıya alındıqdan sonra həmin evlərin sakinləri kirayə evlərlə təmin olunacaq.

Yanğın nəticəsində binanın 3-cü mərtəbəsində ümumilikdə 25 mənzilə ziyan dəyib. Bəzi mənzillərə ciddi ziyan dəymə də, məişt əşyaları yararsız hala düşüb. Bundan sonra, Dövlət Komitəsinin əməkdaşları 5 mərtəbəli binanın mənzillərinə baxış keçirib. Mənzillərdə yaşayan sakinlərin qeydiyyatı aparılıb.

R.Rzayev "Report”a açıqlamasında bildirib ki, məskunlaşdıqları mənzillər yararsız vəziyyətə düşən ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq və binada təmir-bərpa işləri həyata keçiriləcək. May ayına qədər həmin ailələrin məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbələrin birində inşa olunacaq müasir evlərlə təmin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, 1 ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb.

Yanğın nəticəsində 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu ölüb. 6 nəfər isə tüstüdən zəhərlənib. Daha 42 nəfər bina sakini təxliyə olunub.

İnterPosta.info

Bakıda yanan yataqxanadan FOTOREPORTAJ
Bakıda yanan yataqxanadan FOTOREPORTAJBakıda yanan yataqxanadan FOTOREPORTAJ
Bakıda yanan yataqxanadan FOTOREPORTAJ
Bakıda yanan yataqxanadan FOTOREPORTAJ
Bakıda yanan yataqxanadan FOTOREPORTAJ
Bakıda yanan yataqxanadan FOTOREPORTAJ
Bakıda yanan yataqxanadan FOTOREPORTAJ
Bakıda yanan yataqxanadan FOTOREPORTAJ
Bakıda yanan yataqxanadan FOTOREPORTAJ

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26