Interposta.Info

“Bahalı rəsm əsərləri satışını daha sonraya saxlamışam” –

Müxtəlif
 24-01-2019, 09:40     11 317

Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır.
Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Əbəs yerə rəssamlıq sənətindən söhbət açmadıq. Müsahibimiz gənc rəssam Zərifə Ramazanovadır:
Gənc rəssam kimi bu sənətlə məşğul olanların hansı problemləri, çatışmazlıqları sizi daha çox narahat edir?
-İlk növbədə motivasiya və dəstək ,əsasəndə ailƏ tərəfindən. Uşaq vaxtı eşidilən kritikalar "kimə lazımdı axi bunlar?" kimi sözlər həvəsi öldürməyə bəs edir. Daha sonra isə maarifləndirmək və şərait yaratmaq lazımdır ki, gənc rəssamlar öz işlərinə daha çox baglansın və perspektiv görsünlər. Gənc valideynlər uşaqlarını istəmədiyi sahəyə yönəltməməlidir, onların öz fikirlərinə hörmət edib dəstək olmalıdır ki, bu problemdən yan keçək. Çox təəsüf ki, ölkəmizdə hətta keyfiyyətli rəssam ləvazimatları belə azdı.
Bizim cəmiyyət rəssamları niyə dəyərləndirməyi bacarmır?
-Acı həqiqətdə olsa bizim cəmiyyətimizi daha çox incəsənətdən tamam uzaq ,uçuruma aparan bir dünya maraqlandırır. Bunların başlıca səbəbi onların problemləri,kritikaları,neqativ düşüncələri daha çox sevməsi və meyilli olmasıdır. Məsələn, Hindistan xalqı çox kasıb və çətin günlər yaşayan xalq olsada həmişə pozitiv və incəsənət ruhlu bir millətdir.Yəni "mənim vaxtim və ya imkanım yoxdur muzeyə, teatra getməyə" kimi sözlər sadəcə bəhanədir.
Halbuki onlar incəsənətin dərinliyini görsələr, ona bağlanar və başa düşərlər ki incəsənət sadəcə divardan asılan bir rəsm deyil,o ruhun qidasıdır, və ondan enerji almaq mümkündür.
Bugünki gündə klounlarin banan selfisi, mənim saatlarımı ayırıb çəkdiyim rəsimdən daha çox kütlə toplayir və bu sevindirici hal deyil.
Hansı müəllimlər sizə rəssamlığın əlifbasını öyrədib?
-Mənim heç vaxt müəllimim olmayıb ,hər şeyi özüm öyrənmişəm. 3 yaşımdan o boyların üzərində qələmlə şəkil çəkərək başlamışam bu işə. Daha sonra sırf moda-dizayn eskizləri üzərində işlədim və uzun bir aradan sonra yenidən qayıtdım. Hazırda progressə doğru çalışıram, daha mükəmməl olmaqa can atıram.Başa düşürəm ki, mən ondan əl çəksəmdə o məndən əl çəkməyəcək. Əsasəndə gecələr daha çox ilham gəlir mənə..
Dünya rəssamlarından yaradıcılığını və əsərlərini izlədiyiniz varmı?
-Bəli bu gün dünyada çoxlu sayda rəssam var, və artıq bu işin sirlərini öyrənmək hamıya əl çatandı .Başqa insanların uğurları və əl işləri məni həvəsləndirir və ilhamlandirir. "Realistic" ve "3D formatinda" milyonlarla şəkil var sosial şəbəkələrdə, ancaq o rəssamların hamısı mənim üçün eynidir. Çünkü əsl rəssamlar artıq həyatda yoxdur. Onların içində ən sevdiyim isə Mikelancelo və Leonardo da Vinçidir. Dinə, əsasəndə xristian dininə aid əsərlər məni cəlb edir.
Müasir rəssamlardan Faiq Əhmədi çox bəyənirəm (milli xalçaları müasir üslubda sintez etməyi çox kreativ alınıb), Leyla Əliyevanı (öz stili olmasını çox bəyənirəm).
Daha çox hansı üsluba üstünlük verirsiniz?
-Hazırda realistik üslubda çəkirəm, sifarişçilərdə belə istəyir. Amma hər üslubu ayrı-ayrılıqda sevirəm və öyrənib hamısını bacarmaq istiyirəm. Və düşünürəm ki, gələcəkdə "hiperrealistic" üslubunda işləyəcəm. Avanqardizm isə həmişə diqqətimi cəlb edib. Çalışıram kreativ yanaşım,nəyisə nəyləsə sintez etməyi çox sevirəm.
Rəssamı bir cümlə ilə necə ifadə edərdiniz?
-Rəssam şəkil çəkmir o onu yazır (ruslar demiş),ona görədə o bir şairdi,filosofdur,psixoloqdur...
İndiyə qədər satdığınız ən bahalı rəsm əsərindən nə qədər qazanmısınız?
-Mən adətən satışla məşğul olmamışam, daha doğrusu bu işə qazanc yeri kimi yox, sevdiyim iş kimi yanaşmışam. Düzdü indi münasib qiymətlərə sifariş qəbul edirəm amma bahalı rəsm əsərləri satışını daha sonraya saxlamışam.
Gələcək üçün hansı planlarınız var?
-Öz işimi müasir dünyaya interpretasiya edərək ,dizayn istiqamətində irəliləmək istəyirəm.Və özümə məxsus bir stilim olsun istəyirəm, hansı ki ona baxanda yada düşəcəm ...
Elşən Yəhyayev

İnterPosta.info


“Bahalı rəsm əsərləri satışını daha  sonraya saxlamışam” –
“Bahalı rəsm əsərləri satışını daha  sonraya saxlamışam” –
“Bahalı rəsm əsərləri satışını daha  sonraya saxlamışam” – “Bahalı rəsm əsərləri satışını daha  sonraya saxlamışam” –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26