Interposta.Info

Valideynlər övladlarına cinsi tərbiyə verə bilirlərmi?

Müxtəlif
 11-01-2019, 20:20     11 018

Bir çox valideyn uşağın cinsiyyətə aid davranışları ilə qarşılaşdıqda nə edəcəyini bilməz və bu davranışları yetişkin insanların cinsi həyatı ilə qarışdırar.Lakin uşaq cinsi həyatı yetkin cinsi həyatından tamamilə fərqlidir və uşağın inkişafında təbii bir dövrdür. Bəs valideynlər övladlarına cinsi tərbiyə verə bilirlərmi?

Mövzuyla bağlı psixoloq Aytən Ələkbərovayla İnterPosta.info-nun əməkdaşın söhbətləşib. Psixoloq, uşaqların cinslərarası münasibətləri sahəsində mənəvi mədəniyyətə yiyələnməsinin vacib olduğunu bildirib:

“Bu gün əsasən istəyərdim ki, cinsi tərbiyənin psixoloji problemləri haqqında danışaq. Çünki, doğurdan da yeniyetmələrlə apardığımız söhbətlər nəticəsində və yaxud valideynlərin övladlarını biz psixologlara yönəltməsi nəticəsində , yəni bunun artıq daha çox vüsət aldığın və doğurdanda cinsi tərbiyənin hansı psixoloji problemləri yaratdığını görərək istədim ki, bunun haqqında danışım. Çünki, əslində qədim zamanlardan başlayaraq bir xalqın oğlan və qız tərbiyəsi ilə bağlı özünəməxsus adət- ənənəsi var. Bununda içərisində ənənələrin əsas funksiyalarından biri də mahiyyətcə uşaq və yeniyetmələrin cinsi tərbiyəsindən ibarətdir. Ən yeni psixoloji və pedoqoji ədəbiyyatda cinsi tərbiyə ilə belə deyəkdə xarakterizə olunan müəyyən anlar vardır ki, belə deyək cinsi tərbiyə dedikdə oğlan və qızların heç də yalnız hər hansı bir məlumatın, biliyin,anlayışın verilməsi demək deyil. Birinci növbədə ağıllı və gözəl qarşılıqlı münasibətlərin tərbiyə edilməsi deməkdir. Çünki, uşaqların cinslərarası münasibətləri sahəsində mənəvi mədəniyyətə yiyələnməsi var. Cinslərarası münasibətlərin əxlaq normaları var. İnkişaf etdirilməsi cinsi tərbiyənin əsas məqsədlərindən biri olmalıdır. Uşaqların cinsi inkişafı onların psixi inkişafının mühüm sahələrindən biridir. Ona görə də oğlan və qızların psixi seksual inkişafının qanunauyğunluqlarının öyrənilməsində cinsi tərbiyə nəzəriyyəsi üçün böyük əhəmiyyət vardır. Daha doğrusu, böyük əhəmiyyətə malikdir. Çünki, cinsi xüsusiyyətlər təkcə ümumpsixologiyanın aktual problemi deyil. Onun tədqiqində, həm də yaş pedoqoji psixologiyanınsosialında etnik əmək məhkəmə incəsənət psixologiyasında və bir çox deyərdim ki, nəzəri-praktiki məsələlərin həlli üçün son dərəcə mühüm bir addımlardan biridir ki, artıq biz gənclərimiz də yeniyetmələrimizdə yəni cinsi tərbiyənin nədən ibarət olduğunu aşılayaq. Uşaqların cinsi tərbiyəsinin vəzifələri götürdükdə əslində çox cəhətlidir.Oğlanlar və qızlar arasında mənəvi qarşılıqlı münasibətlərin formalaşmasıdır. Hisslərin mədəniyyətin tərbiyə olunmasıdır. Cinsin bioloji və sosial problemidir. Qadın və kişinin inkişaf qanunauyğunluqları, davranış xüsusiyyətləri haqqında elmi anlayışların formalaşmasıdır. Qızlar da qadınlıq, oğlanlar da isə kişilik keyfiyyətlərinin inkişaf etdirilməsidir. Müəyyən bir çox hallarda uşaqların psixiki inkişafi xüsusi ilə də əsasən surətlə onların psixoloji və sosial yetkinliyi arasında sonsuzluq müşahidə olunarkən onların uğursuz ailələrin meydana çıxması ,boşanmış demək olar ki, boşanmanın miqdarının artması, doğumun azalması onların psixoloji sosioloji səbəbləri haqqında belə deyək də düşünməyi daha çox tələb edir. Cinsi tərbiyə nəzəriyyəsi müxtəlif elmlərin inkişafındakı necə biz deyirik ki, tarixi də, ədəbiyyatı da , biologiyanı da, fizikanı da, yəni biz bunu daha da çox bütün elmlər haqqında məlumatımız olmalıdır. Eyni zaman da da bax bunların hər birin də istədiymiz cinsi tərbiyəni biz birləşdirərək uzun müddət tibbi istiqamətdə əsas yer tutan cinsəl tərbiyənin, insan orqanizimində və insan psixologiyasındaki gələcək yaranacaq trammaların da qarşısını almış oluruq. İnsanın münasibət subyektinə çevrilməsi onun bütün psixi həyatı şəxsiyyət xarakteri kimi kəsb etməsidir. Makarenkanın fikirincə “ Cinsi tərbiyə məhz, sevgi tərbiyəsi olmamalıdır” deyərkən o, bu cəhəti nəzərdə tuturdu ki, təsadüfi deyildir bədii ədəbiyyatın insan əzəməti və ləyaqəti haqqında yaratdığı ən böyük psixoloji himni, məhəbbət himni adlandırması. Cinsin, tərbiyənin nəzəri və praktiki problemləri, ancaq şəxsiyyət psixologiyasının nailiyyətləri baxımından həll edilə bilər. Bunun üçün də uşaqların cinsi tərbiyəsində ailə mühüm rol oynayır. Onlar həyat prosesində,yaşın, nəslin vasitəsilə kişinin qadının ər ilə arvadın anlayışlarına yiyələnmək ilə qadınlıq və kişilik etolonlarına və digər standartlara müvafiq olaraq müxtəlif keyfiyyətlərin aşılanması ilə və bunların hər birini, belə deyək də, ailə həyatına hazırlanması üçün zərurili olan bütün məsələləri sistem şəkilində əhatə edilməlidir. Və bunun ən gözəl tərbiyəvi yollarından biridir , bərabər olaraq sosioloji, psixoloji, pedoqoji və məktəblər də həmin bu cinsi təlim-tərbiyə prosesin oğlan və qızlar arasında sağlam qarşılıqlı münasibətlərin inkişaf etdirilməsini, şagirdlərin əxlaq tərbiyəsi baxımından xüsusi əhəmiyyət kəsb etməlidir. Uşaqların cinsi tərbiyəsi kimi mürəkkəb bir məsələni belə deyək də biz ancaq elmi zəmində həll etmək olar deyə düşünüb və onları müxtəlif nöqteyi-nəzərdən cinsi tərbiyənin psixoloji məsələlərinin öyrənilməsini məktəb tərcüməsində tətbiq edilməsinin böyük əhəmiyyəti olardı. Çünki, biz bütün elmlər haqqında çox gözəl məlumatlar veririk. Və bütün elmlərin məlumatlandırılması getdiyi bir halda, insan ruhunun , gələcək sevginin və ailənin yaranmasının məhz cinsəl tərbiyədən gəlməsi haqqında ama heç bir məlumat vermədiyimiz halda biz övladlarımızdan hər hansısa bir tərbiyəni gözləyə bilmərik. Ona görə gözləyə bilmərik ki, zaman olacaqdır ki, övladımız bizə qayıdıb deyəcək: “ Heç sən mənə bunun haqqınnda heç bir məlumat verməmisən”. Və bunun haqqında heç bir məlumat vermədiyinə görə bəs görürsən ki, bəzən biz övladımıza deyirik ki, “ əlini vurma cızzadı yanar” Bunu aşılayırıq və əlimizi sanki onunda əlinə toxunduraraq o istiliyi ona dərk etdiririk. Və o zaman övladımız bizə və o cızzadan qorxduğunu artıq dərk edir və bunun üçün də mən düşünürəm ki, biz psixoloqlar, pediatrlar,nervipotoloqlar, psixo-terapiftlər, sosiloqlar, androloqlar biz bir olaraq məktəblər də məhz cinsəl tərbiyə seminarlarını çox geniş vüsətdə aparmaqla gələcək övladlarımız da atılacaq xaotik addımların qarşısın almalıyıq”.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26