Interposta.Info

Barəsində narazılıqlar olan məhkəmə hakimi işdən çıxdı

Müxtəlif
 22-10-2018, 16:31     10 209

Yasamal rayon məhkəməsinin hakimi istefa verib.

"İnterPosta" "Qafqazinfo”-a istinadən verdiyi xəbərə görə, hakim Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.

MHŞ-nin növbəti iclasında xanım hakimin ərizəsinə baxılacaq. Məlumata görə, A.Mirzəzadə bundan sonra vəkil kimi fəaliyyətini davam etdirəcək.

"İnterPosta" Qaynarinfo-a istinadən qeyd edək ki, A.Mirzəzadənin çıxardığı məhkəmə qərarları ilə bağlı vətəndaşlar tərəfindən dəfələrlə narazılıqlar olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26