Interposta.Info

Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

Müxtəlif
 16-10-2018, 12:04     10 438

“Daxili orqanlarımdakı fəsadlar aradan qalxdı. Ciddi müalicə dövrü keçdim. Sağlığımda əsas problem sol gözümün görmə qabiliyyətinin ciddi itməsidir. Bunun üçün isə həkimlər əməliyyatın tez olduğunu deyir. Ümumilikdə durumum yaxşıdır”

Bu sözləri Gununsesi.org-a açıqlamasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı təşkil olunan sui-qəsd zamanı ağır yaralanan polis əməkdaşı Qasım Aşbazov söyləyib.

O, gözünün müalicəsi üçün bu günlərdə Rusiya paytaxtı Moskvada olduğunu deyib: “Üç gün əvvəl Moskvada məhşur akademik Federov adına institutda müayinə olundum. Sol gözümdə görmə qabiliyyəti çox azdır. Çünki güllə gözümü ciddi zədələyib. Həkimlər bildirdi ki, pessimist olmağa dəyməz. Bir neçə ay sonra əməliyyat olacağam. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, icra başçısına silahlı hücum zamanı Qasım Aşbazov həyatını riskə ataraq, özünü güllənin qabağına verib. Üç güllə yarası alan qəhrəman polis Elmar Vəliyevin həyatda qalmasına vəsilə ola bilib.

interposta.info

Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26