Interposta.Info

Erməni general: "Azərbaycanlı nazirlə əlaqəmiz vardı, prezident də bunu bilmirdi"

Müxtəlif
 12-10-2018, 16:04     10 389

1993-cü ildə Ermənistanda müdafiə nazirinin vəzifəsini icra edən, general-leytenant Norat Ter-Qriqoryans həmin illərdə Azərbaycanın müdafiə naziri ilə operativ əlaqəyə malik olduğunu açıqlayıb.

"XeberBiz" publika.az-a istinadən xəbər verir ki, keçmiş nazir azərbaycanlı həmkarı ilə əlaqə saxladığını bildirib:

"Mən həmişə Azərbaycanın müdafiə naziri ilə danışıq əlaqəmiz vardı. Bu, çox lazımlı idi. İndi də belə bir əlaqəyə böyük ehtiyac var. Biz düşmən idik, lakin əlaqə saxlayırdım, mən şəxsən müdafiə naziri ilə danışırdım. Bu əlaqə vasitəsilə çox problemlər həll edilirdi. Hətta prezident Levon Ter-Petrosyan bizim azərbaycanlılarla nə danışdığımızı bilmirdi, bir çox məsələ hərbçilər arasında həll olunurdu".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26