"SOCAR POLYMER"İN YÜKSƏKSIXLIQLI POLİETİLEN ZAVODU DEKABRDA AÇILACAQ

"SOCAR Polymer" layihəsinin illik istehsal gücü 120 min ton nəzərdə tutulan Yüksəksıxlıqlı Polietilen Zavodunun bu ilin dekabr ayında istehsala başlaması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, zavodun bu il dekabr ayının ortalarında, yaxud da sonunda istismara verilməsi nəzərdə tutulub.
O, zavodun məhsullarının əksər hissəsinin ixrac olunacağını, 35-40%-nin isə daxili tələbata yönəldiləcəyini qeyd edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26