Interposta.Info

Sumqayıt Teatrı Musiqili Teatrda

Müxtəlif
 4-10-2018, 09:19     10 638

8 oktyabr saat 19:00-da Sumqayıt Dövlət Dram Teatrı Azərbaycan Dövlət
Musiqili Teatrının qonağı olacaq.

"XeberBiz" xəbər verir ki, kollektiv teatrsevərlərə Azərbaycan Cümhuriyyətinin 100, Hüseyn Cavidin
135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş “Zülmətdə nur”
(Nizami Muradoğlu) mənzum pyesi əsasında hazırlanan tamaşanı nümayiş
etdirəcək.
Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi bu səhnə əsəri 37-ci il
repressiyalarında imperiyanın hədəfinə tuş gələn görkəmli dramaturq, romantizmin
və mənzum dram janrının banisi Hüseyn Cavidin ailəsinin faciəvi taleyindən, o
cümlədən Əhməd Cavad və Mikayıl Müşfiqin kəşməkeşli həyatından bəhs edir.
Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artistləri İlahə
Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil
Xanlarov, Rövşən Əsgərov, Akif Mirzəyev, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə
Səfərova, Sədaqət Nuriyeva, Rövşad İlyasov, Oqtay Mehdiyev, Şəhla
Məmmədova, Kamran Muradlı, Orxan Firudinov, Şəmistan Süleymanlı ifa edəcəklər.

interposta.infoSumqayıt Teatrı Musiqili Teatrda
Sumqayıt Teatrı Musiqili Teatrda
Sumqayıt Teatrı Musiqili Teatrda
Sumqayıt Teatrı Musiqili Teatrda
Sumqayıt Teatrı Musiqili Teatrda

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26