Interposta.Info

Ailəsi Orxan Camalın dərhal dəfn edilməsini istəyir

Müxtəlif
 4-08-2018, 14:15     10 438

Mərkəzi Afrika Respublikasında öldürülən Azərbaycan əsilli jurnalist Orxan Camal müsəlman qəbristanlığında dəfn olunacaq.

Bu barədə rusiyalı jurnalist Maksim Şevçenko yazıb.

O bildirib ki, ailəsi Orxan Camalı nəşinin Moskvaya gətirilməsindən dərhal sonra dəfn edilməsini istəyir. Lakin araşdırma və ekspertiza işləri avqustun 7-8-nə qədər davam edəcək və araşdırma bitdikdən sonra o, torpağa tapşırılacaq.

Dəfn mərasiminə Rusiyanın tanınmış jurnalistləri və önəmli dövlət nümayəndələri qatılacaq.

Qeyd edək ki, Orxan Camalın və digər iki jurnalist Aleksandr Rastorquyev və Kiril Radçenkonun nəşi bu gün təyyarə ilə yola salınıb. Təyyarə artıq Fransanın paytaxtı Paris şəhərinə enib. Sabah jurnalistlərin nəşi oradan Moskvaya göndəriləcək./qaynarinfo

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26