Interposta.Info

"Son 3 əsrdir Türk düşmənləri Türklüyün zəifləməsi yolunda xeyli iş görüblər, ancaq..."

Müxtəlif
 22-07-2018, 08:19     10 460


Azərbaycan vikpediyası da antitürk düşüncəli qeyri türklərin nəzarəti altındadır! Mən milli kimliyimi Türk yazıram azərbaycanlı edirlər və azərbaycanlı sözünə baxanda görürəm ki, guya bu azərbaycanlının dili ancaq türk dili imiş.

Belə ki, Azərbaycanlı yarı Qafqazdilli alban, yarı da İrandilli midiyalı ya da İrandilli azəri imiş. Guya, 11ci əsrdə Səlcuqlar ya da Oğuzlar onları türkləşdiriblər?! Bütün bunları ancaq Türk əleyhdarları yaza bilər və yazıblar da. Azərbaycan Türkünün varlığını inkar edənlər ya Amerikanın - böyük Britaniyanın ya da Rusiyanın, ya da başqa bir antitürk qüvvənin buradakı əlaltılarıdırlar... Əlbəttə, Türk düşmənlərinin bu çirkin siyasəti dünənin və bu günün məsələsi deyil. Xüsusilə də, son 3 əsrdir Türk düşmənləri Türklüyün zəifləməsi yolunda xeyli iş görüblər. Ancaq bütün hallarda Türk son sözünü deməyib və deyəcək də. Çox yaxın zamanda əsas Türk düşmənləri Türkün qarşısında diz çökəcək və onların yerlərdəki əlaltıları aman diləməli olacaqlar. Gün bu gün deyil, o gün olacaq!

Bütöv Azərbaycan ocaqları başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini,
dosent və doktor Faiq Ələkbərli

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26