Interposta.Info

Koreya səfiri Quba meşələrinə getdi - Çöldə nələr baş verdi?/

Müxtəlif
 18-07-2018, 19:22     10 590

Quba rayonunda yayımlanan Qafqaz TV (www.qafqaztv.az) efirindən yayımlanan "Çöldə Yaşam Öyüdləri” verilişi müxtəlif ölkələrin Respublikamızda fəailiyyət göstərən diplomatlarının uğur hekayəsini izləyicilərə təqdim etməkdə davam edir.

BakuPost xəbər verir ki, "Çölçü Obası”nda verilişin bu dəfəki qonağı Cənubi Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-Qyu olub.

Diplomat "Çölçü Obası”nda hansı öyüdlərlə böyüdüyündən bəhs edib. O, yetişməsində rolu olan hansı öyüdü bu gün də xatırladığından danışıb.

Səfirin bu söhbəti izləyənlərinə onu daha yaxından tanımaq, iç dünyasına bələd olmaq imkanı verəcək.

Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-Qyu Koreya ilə Türk xalqlarının hansı ortaq kültürə sahib olduğunu, koreyalıların örnək aldıqları, öyündükləri tarixi qəhrəmanlardan da söz açıb.

Koreyalı diplomat verilişin Yaradıcı-yönətməni Eltən Qədimbəyli ilə söhbətində həmçinin Şərq uzunömürlülüyündən və zamanı düzgün dəyərləndirmənin sirlərindən bəhs edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26