Interposta.Info

Bakıda yanan zavodla bağlı yeni xəbər -

Müxtəlif
 13-06-2018, 21:51     10 500

Bakıda, Baş Dövlət Yol Polisi binasının arxasında zavod yanır.

Axar.az xəbər verir ki, yanğın Xırdalan şosesindəki "Panda boyası" zavodunda baş verib.

Hazırda əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub.

FHN Bakıda boya sexində baş vermiş güclü yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğın məhdudlaşdırılıb.

Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.

Bakıda boya sexində baş vermiş yanğın söndürülüb.

interposta.info Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda ümumi sahəsi 1700 m² olan boya istehsalı sexinin ərazisinə yığılmış 174 ədəd (hər birinin həcmi 200 litr) olan boya çəlləklərinin 104 ədədi, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 m², 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağın yanar konstruksiyaları və içərisinə yığılmış 2 ədəd (həcmi 3 m³) alkid və 1 ədəd (həcmi 5 m³) olan sintetik tiner məhlulu çəlləkləri, 2 ədəd dəzgah və 3 ədəd avtokarın təkərləri yanıb.

Sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

interposta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26