Interposta.Info

Mədəniyyət evinə yeni təyinat olub

Müxtəlif
 2-04-2018, 19:45     10 479

Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yenidən tikilmiş və açılışı nəzərdə tutulan Qızıldaş qəsəbə Mədəniyyət evinə yeni təyinat olub.
"XeberBiz" xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsaslanaraq şəbəkəsinə daxil olan Qızıldaş qəsəbə Mədəniyyət evinin direktoru vəzifəsinə Məmmədov İlham Elxan oğlu təyin olunub.
Qeyd edək ki, təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.

interposta.info

Mədəniyyət evinə yeni təyinat olub

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26