Interposta.Info

Aydın Xırdalanlı yanğından necə xilas oldu? -

Müxtəlif
 2-03-2018, 16:19     10 430

Mən Respublika Narkoloji Mərkəzində müalicəmi bir həftə əvvəl başa vurmuşam və ordan ayrılmışam.

interposta.info
xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında tanınmış meyxanaçı Aydın Xırdalanla Mərkəzdə baş verən yanğından həmkarı Vasif Əzimovun toyunda iştirak etdiyi üçün xilas olduğu barədə yayılan məlumata aydınlıq gətirərkən deyib. O bildirib ki, həmkarının toyuna görə Mərkəzdən getdiyi və ora qayıtmadığı barədə xəbər həqiqəti əks etdirmir:

“Mən orda xeyli müddətdir müalicə olunurdum və ötən həftə müalicəmi tamamlayıb, Narkoloji Mərkəzdən evə buraxılmışam. Həm də mən yanan deyil, ikinci korpusda qalırdım. Yəni yayılan məlumat həqiqəti əks etdirmir”.

A.Xırdalanlı ötən gün gəlinsiz toy edən həmkarı Vasif Əzimovun toyunda iştirak edib-etməməsi barədə isə danışmaq istəməyib.

Xatırladaq ki, Baku.vs saytı Narkoloji Mərkəzdə müalicə alan Aydın Xırdalanlının həmkarı Vasif Əzimovun toyunda iştirak etmək üçün xəstəxanadan ayrıldığını, gecə isə ora qayıtmadığını və buna görə də yanğından xilas olduğunu yazıb.

Bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26