Interposta.Info

Uşaqların ifasında “Xocalı” adlı tamaşa təqdim olunacaq

Müxtəlif
 23-02-2018, 18:25     10 482

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 26 fevral saat 15:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 26 fevral-Xocalı soyqırımına həsr olunmuş “Xocalı” adlı tamaşa təqdim olunacaq.
Tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr – studiyası tərəfindən hazırlanıb. Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi, studiyanın bədii rəhbəri Larisa Tarusovadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26