Bakıda daha bir dairə ləğv edildi
Bu gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Karl Marks"dairəsi ləğv edilib. Buna səbəb dairəvi hərəkətin pik saatlarda ərazidə böyük sıxlığa səbəb olmasıdır.
XeberBiz xezerxeber.az-a istinadən bildirir ki, bu gün səhər saatlarından etibarən "Karl Marks" dairəsinə beton piltələr düzülüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, yaxın zamanlarda geri dönmə yerlərində də genişləndirmə işləri aparılacaq.
Qeyd edək ki, geriyə dönmə yerlərində tıxacın aradan qaldırılması üçün yeni yol nişanları qoyulub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26